RU
Alla Puqaçovanın keçmiş əri ulduzun sirrini açdı - FOTOLAR + VİDEO
16:55
816

Alla Puqaçovanın keçmiş əri ulduzun sirrini açdı - FOTOLAR + VİDEO

Alla Puqaçovanın vətəndaş nikahında yaşadığı keçmiş həyat yoldaşı Sergey Çelobanov ulduzun sirlərini açıqlayıb.

7News.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Alla Puqaçovanın keçmiş əri "NTV" kanalında yayımlanan və qonaqlarına çox təxribatçı suallar verən aparıcı Lera Kudryavçevanın "Milyonluq sirr" verilişinin qonağı olub. 

Bu günlərdə Alla Puqaçovanın keçmiş həyat yoldaşı  verilişin studiyasına gəlib. Sergey bildirib ki, o, primadonnanın əkizlərinin atası olmasından şübhələnir. Musiqiçi müğənnidən DNT testi keçirilməsini tələb edir. Sergey iddia edir ki, üç il ərzində Alla ilə münasibətləri yaxşı olub. Çelobanov deyir ki, onlar evli olanda ikisi də uşaq istəyib, lakin Alla heç cürə hamilə qala bilməyib. Uşaq sahibi olmaq üçün onlar guya İsrail həkimlərinə müraciət edib.

Məlumat üçün bildirək ki, proqramın aparıcısı qəhrəmanlara onların həyatı barədə heç kimin bilmədiyi sualları verir və onların yalnız bir dəfə veto hüququndan istifadə edə bilər. Verilişin qəhrəmanı suallara nə qədər səmimi və dürüst cavab versə, onun qalib olmaq şansı bir o qədər yüksəkdir. Verilişə gələn qonaq heç kimin bilmədiyi gizlin sirri açarsa, 1,5 milyon rubl qazana bilər. 

 

 

Aytən 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ