Terror təşkilatı PKK tərəfdarları dünən axşam saatlarında Dortmundda keçirdikləri nümayişdən sonra yoldan çıxaraq ətrafdakı türklərə hücum etmələri səbəbi ilə istintaq başladılıb.
7NEWS.az xəbər verir ki, polisin açıqlamasında, 320 PKK tərəfdarının qatıldığı nümayişdən sonra qrupdan 20-25 nəfərin ətrafdakılarla şifahi mübahisə etdiyi, polisin müdaxiləsi ilə hadisələrin böyümədən sakitləşdiyi bildirilib.
Sosial mediada yayılan görüntülərin dövlət təhlükəsizlik xidməti tərəfindən bilindiyini və istintaqda istifadə edildiyini bildirən Dortmund polisi dincliyin pozulması və fiziki zorakılığa əl atılması ilə bağlı araşdırma başlanılmasını və hadisə şahidlərinin onlara müraciət etməsini tələb edib.
7NEWS.az








