Alovların içində striptiz ona baha başa gəldi - Video

Alovların içində striptiz ona baha başa gəldi - Video
Avstarliyada keçirilən gözəllik yarıçmasına qatılan Harli Van Dencerfildin hamıdan fərqlənmək arzusu gözündə qalıb.

7News.Az axşam.az-a istinadən xəbər verir ki, müsabiqənin şərtlərinə görə qızlar striptiz klubda rəqs edərək cazibədarlıqlarını sərgiləməli idilər.

Bu fürsəti əldən vermək istəməyən Harli səhnəyə çıxaraq yerə yanacaq toküb və od vurub. O rəqsini ifa edərkən alov yayılaraq pərdələri tutub. Hadisə yerinə gələn yanğınsöndürənlər 200 nəfəri təxliyə edib və alovun yayılmasının qarşısını alıb. Gecə klubuna isə 3 min dollardan çox ziyan dəyib. Bütün bunlara səbəb olan Harli müsabiqədən kənarlaşdırılıb.

İnstaqram hesabında baş verənlərdən məyus olduğunu yazan gənc qız daha sonra paylaşımını silib.


 
 

7News.Az

Xəbər lenti