Hollivud ulduzu Kirsten Dunst Los-Angelesdə yaşadığı sevgilisi Garrett Hedlund ilə yollarını ayırıb.
7News.Az-ın məlumatına görə, bu barədə US Weekly qəzeti məlumat yayıb.
Qəzet iddia edir ki, dörd il bir yaşayan cütlük anidən ayrılmaq qərarına gəlib.
“Qızıl Kürə - 2016” mükafatlandırma mərasimində əl-ələ görüntülənən Dunst və Hedlundun münasibətlərinə son qoymalarının səbəbi isə hələlik məlum deyil.
Qeyd edək ki, 2010-cu ildə 33 yaşlı aktrisa sevgilisi ilə “On the road” filminin çəkilişləri zamanı tanış olmuş, 2012-ci ildə bir arada yaşamağa başlamışdı.
7News.Az









