Bu gün səhər saatlarında vəfat edən əfsanəvi aktrisa, Xalq artisti Amaliya
Pənahova sonuncu dəfə bir həftə öncə sosial media hesabından paylaşım edib.
7News.Az xəbər verir ki, aktrisa 1 noyabr tarixində "Bakı Bələdiyyə Teatrı”nda
"Şanlı Vətən” tamaşasının premyerasında iştirak edib və orada çəkdiyi videonu
feysbuk izləyiciləri ilə bölüşüb.
Aktrisa daha sonra tamaşada rol alan həmkarlarının sevinclərini bölüşdükləri
videonu da öz hesabında paylaşıb.
73 yaşlı aktrisa instaqram hesabında isə sonuncu dəfə 27 sentyabr tarixində
paylaşım edib. O, "müxtəlif illərdə yaratdığım rollar” başlığı ilə foto-kollaj paylaşıb.










