Hollivud aktrisası Ancelina Coli həddindən çox arıqlamasının sirrini mətbuata açıqlayıb.
Gəzən son şayiələrə görə, ağır xəstəlikdən xəstəxanaya düşən aktrisa əri Bred Pitlə də boşanıb. Mətbuat yayıb ki, guya Bred Pitin artıq başqa sevgilisi var. Ancaq aktrisanın əri hələ heç bir qadınla mətbuata görünməyib.

Xarici mətbuatda yayılıb ki, aktrisa xərçəng xəstəliyinin depressiyasına düşdüyü üçün bu qədər arıqlayıb. Ulduzun çəkisi 35 kq olub. Nə ailəsi, nə də uşaqları ilə görüşmür. Aktrisa da bu şayiələrin hamısına son qoyaraq bildirib ki, son çəkilən filmə görə bu qədər arıqlayıb. Əsərdə zəncirlənmiş əsir rolunu oynadığı üçün bütün qidalardan imtanı edib və ona görə də bu cür arıqlayıb. Və onu da vurğulayıb ki, əri ilə heç bir problem yaşamır. Bred Pit xanımını dəstəkləyir və daima yanındadır.
7News.Az








