Tanınmış aparıcı Mətanət Əliverdiyeva küçədə itlərin hücumuna məruz qalıb.
Bu barədə aparıcı özü məlumat verib.
Əliverdiyeva ötən gün axşam saatlarında Corat qəsəbəsində başına gələn hadisəni belə şərh edib:
"Axşam saatlarında Coratda itlər mənə hücum edib. Orada bilmədim bu haqda kimə, nə deyim. 40 dəqiqə maşından düşə bilməmişəm çünki 20 dənə quduz it məni əhatəyə almışdı. Məni parça tikə edəcəkdilər. Heyvanların qətl edilməsinə qarşıyam amma buna bir çarə tapmaq lazımdır" deyə o bildirib.








