Çağla Şikel çevriliş əsnasında meydanda olmadığı üçün onu qınayanlara sosial şəbəkədən cavab verib.
7news.Az xəbər verir ki, bütün tənqidlərə rəğmən susduğunu yazan model artıq dözə bilmədiyi qeyd edib:
“Susdum, susdum, ancaq artıq dayana bilmirəm. Siz ki insanları məşhur, polis, əsgər deyə qruplara ayırırsız, məndən açıqlama gözləyirsiz? Yaxşı ki, məşhuruq, televiziyaya çıxırıq. Bəs biz insan deyilik? O vertolyot sadəcə sizin başınızın üstündən keçir? Mənim ailəm, uşağım yoxdur? Mənim nəfəsim kəsilmədi? Mən o partlayışlarda yerimdən atılmadım? Elə bilirsiniz yan gəlib yatmışam. Bilmədim, uşaqlarım yanımda deyil deyə sevinim, ya tək başıma kədərlənim. Sabah necə bir ölkəyə oyanacağımızın narahatlığını yaşamadım? Mən insan deyiləm? Mütləq açıqlama verim gərək. Mənim tərəfimdən, tərəfsizliyimdən sizə nə? Əvvəlcə, insan olun və ölkəmiz, vəfat edən insanlar üçün oturun dua edin. Bir də haqqında bilib-bilmədən danışdığınız insanlar üçün tanrıdan bağışlanmağınızı istəyin”.
7news.Az








