RU
“Apple”
13:57
75

“Apple” "evdə təmir" xidmətini genişləndirir


7NEWS.az xəbər verir ki, "Apple” istifadəçilərə təqdim etdiyi "evdə təmir" proqramını genişləndirdi. İndi Böyük Britaniya və bəzi Avropa ölkələrindəki istifadəçilər də bu xidmətdən yararlana biləcəklər.

Artıq ABŞ-da telefon təmirini özləri etmək istəyən istifadəçilərə orijinal hissələri, sənədləri və alətləri təqdim edən "Apple”, bu xidməti Böyük Britaniya və Avropanın bəzi hissələrini əhatə edəcək şəkildə genişləndirdi.

Siyahıya Belçika, Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, İsveç və Böyük Britaniya daxil edilib. Bundan sonra istifadəçilər 2020-ci ildən bəri buraxılan bəzi "iPhone” və "Mac”lar üçün orijinal hissələri və təmir dəstlərini ala və öz təmir işləri ilə məşğul ola biləcəklər.

Keçən il ABŞ-da istifadəyə verilmiş bu xidmət istifadəçilərə sınmış ekranlar da daxil olmaqla ümumi nasazlıqlar üçün təlimat kitabçaları və ehtiyat hissələri təqdim edir.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ