RU
Aqil M.Quliyev hansı xalq artistiylə sevgilidir?
11:37
1347

Aqil M.Quliyev hansı xalq artistiylə sevgilidir?

Tanınmış rejissor Aqil M.Quliyevin subaylığın daşını atması xəbərindən sonra onunla bağlı maraqlı məlumat daxil olub.

7News.az bildirir ki, rejissor xeyli müddətdir ki, Azərbaycanın məşhur xanımlarından biriylə münasibətdədir. Həmin xanımın sənət aləmindən olduğu (hətta xalq artisti olduğu) deyilir.

Xatırladaq ki, rejissor özü Primetime.az-a açıqlamasında da bir xanımla münasibətdə olduğunu təkzib etməmişdi:

"Təbriklərə görə hamıya təşəkkür edirəm. Mən işimlə bağlı, hələ ki, Türkiyədəyəm. İnşallah layihələrimiz gerçəkləşəndə, bu barədə mediaya daha geniş açıqlama edəcəyəm. Münasibətə gəlincə, burada heç bir qəbahət yoxdur. 44 yaşlı bir kişi subaylıqla vidalaşmamalıdır? Bəzi şeylər gizli olanda, daha gözəldir".

Qeyd edək ki, dünən rejissor 44 yaşını qeyd edib./ölkə.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ