AQTA-da istixana sahibləri ilə görüş keçirilib

AQTA-da istixana sahibləri ilə görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Bakı və Bakıətrafı ərazilərdə yerləşən istixana sahibləri ilə görüş keçirilib. Görüşdə mövsümün başlanması ilə əlaqədar istixanada becərilən məhsulların, xüsusi ilə pomidorun keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın artırılması, zərərli orqanizmlər və onlara qarşı mübarizə yolları, ixrac potensialının artırılması barədə təqdimatlar olub. Həmçinin beynəlxalq təcrübəyə əsaslanaraq, bitki mühafizə vasitələrindən istifadə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb. Sonra sahibkarları maraqlandıran suallar cavablandırılıb.


Qeyd edək ki, görüşdə istixana sahibləri ilə yanaşı ixracatçılar, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosasiyasının rəhbərləri və əməkdaşları iştirak ediblər.

Xəbər lenti