Aktyor Aras Bulut İynemlinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkü canlandıracağı film barədə yeni məlumat yayılıb.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, film 6 bölümlük qısa serial olaraq ərsəyə gələcək.
Qeyd edək ki, layihə 2023-cü il 29 oktyabrda Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə yayımlanacaq.








