Türkiyəli aktrisa Aslı Enver ana olub.
7News.Az "Sabah”a istinadən xəbər verir ki, onun qız övladı dünyaya gəlib.
İstanbulda yerləşən özəl xəstəxanada doğulan uşağın vəziyyətinin yaxşı olduğu bildirilir.
Körpəyə Elay adı verilib.
Qeyd edək ki, A.Enver ötən ilin noyabrında iş adamı Berkin Gökbudakla ailə qurub.











