RU
ASRP funksioneri xalqa müraciət etdi - “KORONAVIRUSA GÖRƏ”
19:11
902

ASRP funksioneri xalqa müraciət etdi - “KORONAVIRUSA GÖRƏ”


"Dünya ölkələrində xaotik vəziyyətin yaranmasına səbəb olmuş koronavirus pandemiyasının Azərbaycanda yayılmasının qarşısının alınması üzrə dövlət səviyyəsində görülən mütəşəkkil və operativ tədbirlər bir daha prezident İlham Əliyevin idarəetmə xəttinin əvəzolunmazlığını göstərdi” 
Bunu İCMAL.AZ-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının Birinci müavini, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əsli Kazımova deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin hər bir sərəncamı birbaşa ölkədəki sabitliyin qorunması və xalqın təhlükəsizliyinin təmin olunmasına xidmət edir:
"Koronavirusdan daha çox əziyyət çəkən inkişaf etmiş sayılan Avropa dövlətlərinin vətəndaşları bu infeksiya təhlükəsi qarşısında aciz qalıblar, insanların təşviş içində ərzaq ehtiyatı toplaması səbəbindən mağazalar boşalmış, nəticədə həyati əhəmiyyətli ərzaq və tibbi ləvəzımat ehtiyacı yaranmışdır. Koronavirus təhlükəsinin yaratdığı qlobal böhran şəraitində Azərbaycanda daxili sabitliyin qorunması və vəziyyətin nəzarətdə saxlanılmasını təmin edən əsas amil xalqla iqtidarın birliyidir.  Koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Prezidentin sərəncamı ölkə rəhbəri tərəfindən səhiyyə işçilərinin əməyinə verilən yüksək dəyərlə yanaşı, dövlət başçısının əhalinin sağlamılığına xüsusi həssaslıqla yanaşmasını göstərən faktordur.”
Əsli Kazımova eyni zamanda fürsətdən istifadə edib ilk növbədə Azərbaycan Sosial Rifah Partiyasının üzvləri, həmçinin ümumilikdə Azərbaycan xalqına müraciət edərək, hər kəsi ölkədəki sabitlik və can təhlükəsizliyinin təmin olunması üçün Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ qərərgahın təlimatlarına riayət etməyə çağırıb: 
"Azərbaycan Sosial Rifah Partiyasının rəhbərliyi partiyanın üzvləri və ümumilikdə xalqımıza  bu ağır günlərdə təmkinli olmağa dövlət rəhbərliyinə güvənməyə, Operativ qərrargah tərəfindən verilən təlimatlara riayət etməyə və səbrlə evinizdə mövcud vəziyyətin yekunlaşmasını gözləməyə çağırır. Hər kəs əmin olsun ki, vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması və sağlamlığının qorunması istiqamətində bütün lazımi tədbirlər dövlət tərəfindən həyata keçirir. İnanıram ki, infeksiya geniş vüsət almadan tez bir zamanda qarşısı alınacaqdır!”
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ