RU
Gürcüstanda azərbaycanlı gənc güllələndi
20:18
29

Gürcüstanda azərbaycanlı gənc güllələndi

Gürcüstanın Marneuli bələdiyyəsinin Candar kəndində silahlı insident baş verib.

Hadisə iyulun 26-da axşam saat 22:30 radələrində qeydə alınıb. 31 yaşlı Rahib Abdullayev əvvəllər aralarında münaqişə olduğu bildirilən şəxs tərəfindən pnevmatik silahla vurulub.

İlkin məlumata əsasən, hücum edən şəxs Rahib Abdullayevin yaşadığı məhəlləyə gələrək onun üz nahiyəsinə atəş açıb, daha sonra isə hadisə yerindən qaçıb.

Ağız və baş nahiyəsindən xəsarətlər alan yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.

Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin fiziki zorakılığı nəzərdə tutan 126-cı maddəsi ilə istintaqa başlanılıb. Hadisənin bütün halları araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ