RU
Astara məktəbliləri ilə görüş keçirildi
13:05
361

Astara məktəbliləri ilə görüş keçirildi

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Rayon Mədəniyyət Mərkəzində "Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Astara Dövlət Rəsm Qalereyasının gənc və həvəskar rəssamlarının zərərli vərdişlərin insana fiziki və mənəvi cəhətdən mənfi təsirləri barədə hazırladıqları əl işlərinə baxış keçiriblər. Sonra narkotik vasitələrin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarx izlənilib. Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu bildirib. Şöbə rəisi deyib ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə çalışmalıdır. Lakin bu gün narkomaniyaya meyl edən yeniyetmə və gənclərə hələ də rast gəlinməsi təəssüf hissilə xatırlanıb. Qeyd olunub ki, məhz bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.
Sonra A.Cahangirov narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini nəzərə çatdırıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları bu istiqamətdə ciddi əməliyyat-istintaq tədbirləri görməklə yanaşı, həm də yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər də keçirirlər.
Daha sonra çıxış edən Astara Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, RPŞ-nin şəxsi heyətlə iş üzrə rəis köməkçisi, polis mayoru Bəxtiyar Ağayev, Astara RMX-nin baş həkiminin müavini Oqtay Əmənullayev və başqaları polis əməkdaşları tərəfindən məktəblilərlə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ