Ata 6 yaşlı oğlunu maşında tək qoymağa peşman oldu - VİDEO

Ata 6 yaşlı oğlunu maşında tək qoymağa peşman oldu - VİDEO

Çində 6 yaşlı uşağın avtomobillə etdiyi hərəkət sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib.

7News.Az ölkə.az-a istinadən bildirir ki, Çanqpinq şəhərində Çen adlı kişi avtomobili işlək vəziyyətdə saxladıqdan sonra işini həll etməyə gedib.

Bu zaman maşındakı 6 yaşlı oğlu sükan arxasına əyləşib və əyləci sıxıb. Avtomobil öncə qabağa gedib, sonra sürətlə arxaya doğru hərəkət edib.

Ata qaçaraq maşının qapısını açmağa çalışsa da, artıq gec olub. Avtomobil arxadakı çuxura düşüb.

Hadisə zamanı uşaq xəsarət almayıb. Avtomobilə isə ciddi ziyan dəyib.

 

Məsuliyyətsiz hərəkət edən ataya pul cəzası veriləcəyi bildirilir.

Xəbər lenti