ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı məşhur fotoqraf Orxan Aslanov olub.
7News.az xəbər verir ki, maraqlı açıqlamalar verən fotoqraf daim öz üzərində işlədiyini bildirib:
"Hər hansı bir rayona gedirik, bu ucqar bir yer də ola bilər. Ora 2-3 dəfə gedirik ki, 1 şəkil çəkək. Görsəm ki, mən istədiyim kimi deyil, mən şəkil çəkmirəm, qayıdıram. Bu, maşın yolu deyil, saatlarla dağa qalxıram. Amma yenə gedirəm. Bu işlə nə qədər yaxından maraqlanırsansa, istəyirsən ideal olsun".
Orxan ilk fotoaparatı necə əldə etməsindən və sənətə necə gəlişindən də söz açıb:
"Atam mənə dedi ki, sən heç nə ilə məşğul olmursan. Nəsə bir iş gör. 9-cu sinifdən məni çıxardılar. Evdə köhnə kamera var idi. Onunla maraqlandım və başladım. İlk şəkil olaraq bacımı çəkdim. Mənim yanıma tələbələr gələndə onlar qorxurlar, həyəcanlanırlar ki, alınmayacaq. Onlara deyirəm ki, həmişə çəkdilərinizi yaxınlarınıza göstərin. Onlar sizi daha da ruhlandıracaqlar. İlk başlayanda maliyyə tərəfin gərək düşünməyəsən".//milli.az
7News.az










