7News.az xəbər verir ki, bu sözləri müğənni Sevil-Sevinc bacıları müsahibəsi zamanı deyib.
Onlar evliliyə aid gələcək planları barədə danışıb. Müsahibədən kiçik hissəni təqdim edirik:
Sevil: Hələ 16 yaşım var idi, birinci dəfə elçi gəlmişdi. Mən də sevinirəm, babat da oğlan idi. Peşmanam, hər şeyi var, xaricdə yaşayır (gülür). Evdə müzakirə etməyə başladılar, amma atam icazə vermədi. Dedi ki, hələ uşaqdır. Kişi məni bu yaşıma kimi gətirib çıxardı, amma hələ ərə getməmişəm. Atam deyirdi ki, mənim qızım gedib kiminsə corabını yuyacaq? (gülür) Yəni, atam vermədi, evdə qalmışam. Düşündüm ki, qoşulub onunla qaçım. Sözümün canı odur ki, Sevinc gəlib dedi ki, üzü çox "porsux”du. Tezcə fikrimdən daşındım.
-Toyunuzu necə etmək fikriniz var?
Sevinc: Özüm bu barədə danışacam. Toyumuzu eyni etmək fikrimiz yoxdur. Düşər, düşməzi var. Toya heç kəsi dəvət etməyəcəm, nə qohum, nə də tanışları... Onları ziyana salmayacam. Sadə uzun geyimdən istifadə edəcəm, xaricdə toyumu edəcəm. Bəylə bir-iki foto çəkdirəcəm, onunla birgə istifadə etdiyimiz instaqram səhifəsində açacam. Bunun səbəbi var, istəmirəm ki, həyat yoldaşımı kimsə görsün. Onun çirkinliyi, gözəlliyi heç kəsi narahat etməsin.
Sevil: Mən də... Biz çox gizli insanlarıq. Hətta bu yaxınlarda bizdən icazəsiz evimizdə çəkiliş olmuşdu, bir otağı görüntülənmişdi. İnanın, redaktorumun saçını-başını yolurdum. Düzdü, gözdən, nəzərdən qorxmuruq. İstəmirəm kimsə desin ki, onun var, mən də istəyirəm. Allah hər kəsə nəsib etsin. Çox adam deyir ki, siz ancaq instaqramda selfi çəkdirib paylaşırsız. Bahalı həyat tərzi yaşamırıq, getdiyimiz məkanlar da lüks deyil. Elə məkanları izləyicilərimizə təqdim edirik ki, onlar da rahat gedib dincələ bilsinlər.
Sevinc: Belə addımlarımız ikibaşlıdır. Bizdən maddi cəhətdən üstün insanlar var. Onlar deyərlər ki, bunlar nə qədər görməmişdi? Özünüzü kimə göstərirsiz? Bizdən maliyyə cəhətdən az qazananlar isə belə şeyləri arzu edirlər. Allah hər kəsi öz arzusuna çatdırsın. Belə də ki, evimiz 10 illik kreditdədir.//qafqazinfo.az
7News.az








