RU
ATU nümayəndələri beynəlxalq cərrahiyyə konqresində aktiv iştirak ediblər
14:15
219

ATU nümayəndələri beynəlxalq cərrahiyyə konqresində aktiv iştirak ediblər

Türkiyənin Antalya şəhərində 14-cü Hepato Pankreato Beynəlxalq Cərrahiyyə Konqresi keçirilir. Bu nüfuzlu toplantıda dünyanın müxtəlif ölkələrindən gələn 300-dən çox cərrah-mütəxəssis iştirak edir.


Azərbaycan Tibb Universitetinin nümayəndələri də bu nüfuzlu konqresdə aktiv şəkildə iştirak edirlər. ATU-nun nümayəndə heyətinə universitetin I cərrrahi xəstəliklər kafedrasının təmsilçiləri, AMEA-nın müxbir üzvü Professor Nuru Bayramov, Professor Qurbanxan Müslümov, T.ü.f.d Ruslan Məmmmədov, Elvin İsazadə və Niyazi Qənbərli daxildir.

 
ATU-nun I cərrahi xəstəlikər kafedrasının təmsilçiləri Hepato Pankreato Beynəlxalq Cərrahiyyə Konqresində 9 mühazirə və poster çıxış ediblər. Bu zaman pankreativ cərrahiyyədə yeniliklər, qaraciyər və öd yollarının cərrahiyyəsi ilə bağlı nailiyyətlər açıqlanıb.
 

Ümumiyyətlə konqresdə qaraciyər transplantasiyası, qaraciyər kistası, minimal invaziv cərrahiyəyyə dair videolar nümayiş etdirilib, laproskopik cərrahiyyə və digər mövzular ətrafında müzakirələr aparılıb. Sabah işini yekunlaşdıracaq elmi konfransın sonunda yüksək qiymətləndirilən və diqqət cəlb edən elmi işlər mükafatlandırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ