Avropa İttifaqına üzv ölkələr idxal olunan təbii qaza tətbiq olunacaq qiymət səviyyəsini müəyyən etmək üçün bir araya gəldi. Təbii qazın qiyməti 180 avro müəyyən edilib.
7NEWS.az xəbər verir ki, Avropa İttifaqına (Aİ) üzv olan ölkələr təbii qaza meqavat/saat üçün 180 avro tətbiq etməyə razılaşıblar. Avropa İttifaqına üzv 27 ölkənin enerji nazirləri Avropada enerji böhranına qarşı alınacaq tədbirlər və idxal olunan təbii qaza tətbiq olunacaq yüksək qiyməti müzakirə etmək üçün Brüsseldə bir araya gəlib. İclasdan sonra verilən açıqlamada üzv ölkələrin həddindən artıq yüksək qaz qiymətlərinin məhdudlaşdırılması üçün müvəqqəti mexanizm üzərində razılaşdıqları bildirilib.
7NEWS.az








