Almaniyada Brüsseldə törədilmiş terror aktları ilə əlaqəsi olduğu iddia edilən iki nəfər saxlanılıb.
7News.Az-ın məlumatına görə, bu barədə xəbəri “Die Welt” nəşri yazıb. Saxlanılan şəxslərin mobil telefonunda terror aktından 3 dəqiqə əvvəl kamikadzelərin birinin göndərdiyi sms aşkar edilib. Smsdə : “Artıq son” yazılıb.
Bundan başqa Samir E. adlı saxlanılan şəxs Brüsseldə hava limanı və metro stansiyalarında terror aktları törədən kamikadzelərdən biri İbrahim el-Bakraoui ilə birlikdə ötən il Türkiyədən deportasiya olunmuşdu.
Eyni zamanda anti-terror əməliyyatları çərçivəsində Belçikada 6 nəfər, Parisdə isə 1 nəfər saxlanılıb.








