Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaş kimi görür - Nazirlik

Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaş kimi görür - Nazirlik

"Avstriya Azərbaycanı alternativ enerjiyə keçid məsələsində vacib tərəfdaşı kimi görür".

7News.Az xəbər verir ki, bunu Trend-ə Avstriyanın Dayanıqlı İnkişaf və Turizm Federal Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, bərpa olunan enerji istehsalı uğurlu enerji keçidinin əsas nöqtəsidir:

"Hazırda Avstriya ambisiyalı, amma real hədəfə çatmağa çalışır: 2030-cu ilədək 100 faizlik bərpa olunan enerjiyə keçmək. Biz digər ölkələrin təcrübələri ilə maraqlanırıq".

Nazirlikdən həmçinin Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya (BRUA) qaz kəmərinin tikintisi layihəsinin əhəmiyyətini vurğulayıblar:

"BRUA qaz-nəqliyyat infrastrukturu "Cənub Qaz Dəhlizi"nin Balkan və Mərkəzi Avropada genişlənməsi mərhələlərində istifadə oluna bilər".

 

Nazirlikdən bildiriblər ki, Azərbaycan Avropaya mühüm enerji ehtiyatları tədarükçüsüdür:

"Hazırda Azərbaycan və Avstriya bu sahədə müxtəlif səviyyələrdə yaxşı əməkdaşlıq edirlər".

7News.Az

Xəbər lenti