RU
Çay plantasiyalarının hər hektarına görə fermerə ildə 700 manat subsidiya ödənilməsi nəzərdə tutulur
18:53
283

Çay plantasiyalarının hər hektarına görə fermerə ildə 700 manat subsidiya ödənilməsi nəzərdə tutulur

Gələn ildən başlayaraq çay plantasiyalarına əkin subsidiyası veriləcək. Plantasiyaların hər hektarına görə fermerə hər il 700 manat subsidiya ödənilməsi nəzərdə tutulur. Fermer bu məbləğdə subsidiyanı plantasiyanın salındığı ilk 7 il ərzində alacaq.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov AZƏRTAC-a bildirib ki, çay bitkisinin məhsula düşməyə başladığı 8-ci ildən etibarən isə subsidiya 1,2 əmsalla, yəni hər hektara 240 manat olmaqla veriləcək. Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış çay plantasiyalarına şamil edilir.

"Çay bitkisi üçün 7 illik yüksək əmsallı (3,5) dəstək subsidiyasının müəyyənləşməsi dövlətin çayçılığın inkişafında maraqlı olması ilə bağlıdır. Bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi ixrac potensialı yüksək olan bitkiçilik məhsullarının istehsalını artırmış olacaq”, - deyə o əlavə edib.

 

 

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ