Aparıcı İpek Atcan metroda ayağını ayağının üstünə qoyub oturduğu üçün tənqid olunub.
Bu barədə İpek özü "Twitter" səhifəsində yazıb. Onun sözlərinə əsasən, metroda oturub qatarın gəlişini gözlədiyi vaxt ilginc hadisə ilə rastlaşıb.
"Qatarın gəlməsinə 3 dəqiqə var idi. Mən də ayağımı ayağımın üstünə qoyub oturmuşdum. Kənardakı insanlara baxırdım. Yanımda bir yaşlı qadın var idi. Bir kişi də o yana gedib, bu yana gəlir və mənə baxırdı. Bir də üzünü mənə tutub dedi ki, niyə ayağımı ayağımın üstünə aşırım oturmuşam və təpik atdı", - deyə Atcan vurğulayıb.
Aparıcının deyir ki, zərbə ona dəyməsə də, amma qəlbini incidib.
7News.az







