7News.az xəbər verir ki, sənətçi bu barədə "Xəzər maqazin"də qonaq olarkən söyləyib:
"Natavan ağıllandı, bir dəqiqədə böyüdü. Hətta bilirsiniz mən nəyə fikir verdim, bizim aramızda uzaqdan da olsa,bir-birimizə söylədiyimiz müsbət fikirlərdən sonra Natavan daha pozitiv olub. Tamam dəyişib. Bunu tək mən yox, bir çox dostlarım da mənə deyib. Canım Natavan, hər zaman belə ol. Sülh sevər, sənə bu çox yaraşır. Xoşbəxt olmağın gözlərindən görünür. Bu xoşbəxtliyin hər zaman davam etsin".
Müğənni N.Həbibinin toyuna qatılacağını da bildirib:
"Əlbəttə, onun toyuna da gedəcəm. Natavan, çox oturdun, artıq vaxtdır”.//big.az
7News.az








