RU
Aygün Kazımovadan ayrıldı
14:40
694

Aygün Kazımovadan ayrıldı

Prodüser Roland Bayramov xalq artisti Aygün Kazımova ilə işbirliyinə son qoyub.

7News.Az xəbər verir ki, prodüser açıqlamasında məlumatı təsdiqləyib:

"Məlumat doğrudur. Hazırda yeni təkliflər almışam, artıq yeni mövsümdən hansı tanınmış müğənni ilə işləyəcəyimi də qərarlaşdırmışam. Yaxın günlərdə bu barədə mətbuata açıqlama verəcəyəm”.

Xatırladaq ki, A.Kazimova ilə R.Bayramov 2015-ci ilin dekabrından birgə çalışırdılar. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ