Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə Rusiyada toy məclisində birlikdə səhnəyə çıxmalarından bəhs edib.
7News.Az axşam.az-a istinadən bildirir ki, sənətçi səhnədə Kazımovanın onun üzünə baxmaması məsələsinə münasibət bildirib. Namiq "Hər şey daxil" verilişində bildirib ki, yayılan video yanlış anlaşılıb. Hətta meyxanaçı oxuduqları mahnının yeni duet olduğunu deyib:
"Səhnədə ifa etmək bizim işimizdir. Buna açıqlama vermək fikrim yoxdur. Qeybət etmək bəzi insanların peşəsidir. Jurnalist yazanda, adama pis edir. Elə kadr var üz-üzə gəlirik, elə an var gəlmirik. Baxmayanda bir, baxanda başqa söz deyirlər".
Qaraçuxurlu bildirib ki, həmin mahnını çoxdan oxuyublar, amma tanıtmayıblar: "Həmin toyda Aygün xanım göstərdi ki, oxuyaq? Mən də razılaşdım. Hətta Aygün xanım yaxınlaşdı ki, bəlkə, yeni duet hazırlayaq? Bizim Aygün xanımla səhnədə etdiyimiz ifaların, şəxsi həyata heç bir aiddiyyəti yoxdur".
7News.Az








