RU
Aysel Nazim:
14:23
390

Aysel Nazim: "Qara qız, işinlə, sənətinlə gündəmdə qal" - FOTO

Aktrisa Pərvin Abıyeva və "Maşın" şoudan ayrılan aparıcı Aysel Nazim arasında yaranan qalmaqal səngimək bilmir.

7News.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən həftə Pərvinin İnstaqram-da rəfiqəsi və həmkarı Nərgiz Əliyevaya Ayseldən uzaq durması barədə göstəriş verməsinə qarşı tərəf cavab verib. 

Aysel "Maşın"dan sonra sosial şəbəkədə Nərgizlə şəklini paylaşaraq Pərvinə acıq verib: "Aramıza girmək istədi, amma fəsadlığı özünə qaldı. Nərgizlə dostluğumuz verilişdə daha da möhkəmləndi. Mənə söz atıb gündəmə gəlmək lazımd deyil. Qara qız, işinlə, sənətinlə gündəmdə qal. Əgər o da yoxdursa, onda, canım, başqa qapıya...Məndən nə istəyirsən? Yetər". 

 

Xatırladaq ki, bir müddət bundan əvvəl Aysellə Pərvinin böyük qalmaqalı yaranmışdı. Pərvinin "Türkiyədə tanınan yeganə azərbaycanlı aktrisayam" ifadəsi qarşı tərəfi özündən çıxarmışdı.

7News.Az

Aysel Nazim:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ