"ATV səhər" proqramında dəyişiklik olub.
7News.Az-ın məlumatına görə, aparıcı İlqar Mikayıloğlu uzun fasilədən sonra yenidən səhər efirinə qayıdıb.
Belə ki, o, bundan sonra "ATV səhər" verilişində Lalə Azərtaşla birgə aparıcılıq edəcək.
Məlumata görə, İlqarın yeni ildən aparıcılıq edəcəyi planlaşdırılsa da, onun əməliyyat olunması buna mane olub.
Qeyd edək ki, bundan əvvəl verilişi L.Azərtaşla birlikdə Azər Axşam təqdim edirdi. İlqar isə əvəllər ATV-də səhərlər yayımlanan "Gün üzü" verilişini aparırdı.

7News.Az