RU
Azərbaycan Aydınlar Ocağı Türkiyə Respublikasının Sivas şəhərində keçirilən Aydınlar Ocaqlarının 44-cü Şura Toplantısında iştirak etmişdir
10:00
1293

Azərbaycan Aydınlar Ocağı Türkiyə Respublikasının Sivas şəhərində keçirilən Aydınlar Ocaqlarının 44-cü Şura Toplantısında iştirak etmişdir

Türkiyə Respublikasının Sivas şəhərində keçirilən Aydınlar Ocaqlarının 44-cü Şura Toplantısında Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov və İdarə heyətinin üzvü Emin Həsənli iştirak etmişdir.

Şura Toplantısında açılış nitqi ilə Sivas Aydın Ocağının sədri Fəxrəddin Göze, Aydınlar Ocaqlarının Genel başkanı prof.dok. Mustafa Erkal, Sivas valisi Davut Gül, Sivas Bələdiyyə başkanı Sami Aydın, Cumhuriyyət Universitetinin rektoru prof.dok. Alim Yıldız, Cumhuriyyet Universitetinin Professoru Rəcəb Toparlı, Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov, Anadolu Aydınlar Ocağının sədri prof.dok. İbrahim Öztək və s. çıxış etdilər.

Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov Türkiyə Dövlətinin yaranması münasibətilə Türk Xalqını təbrik edərək 93 il bundan öncə Mustafa Kamal Atatürk və silahdaşları tərəfindən yaradılan dövlətin bu gün dünyada özünəməxsus yeri olduğunu və regiondaəsas söz sahiblərindən birinəçevrildiyini bildirdi. V.Qədirov Türkiyədə baş verən son olaylara diqqət çəkərək qardaş Türkiyədə bəzi qlobal güclərin təhrikiylədemokratik yolla seçilmiş hakimiyyəti silah gücünə devirməyə cəhdin türk xalqının qəhrəmanlığı və ayıq-sayıqlığı ilə aradan qaldırılmasını alqışladıqlarını və türkiyə ilə bərabər Azərbaycanda da eyni həssaslıqla bu məsələyə yanaşdıqlarını bildirdi.

V.Qədirov xarici dövlətlərin əlaltısına çevrilmiş bəzi silahlı qruplaşmaların 1993-cü ildə Azərbaycanda da belə bir dövlət çevrilişinə cəhd etdiyini, lakin Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin prinsipial iradəsi, çevik və uzaqgörən siyasəti nəticəsində qarşısının alındığını xüsusilə vurğulayaraq bu günkü müstəqil və güclü Azərbaycanın məhz bu müdrik və dahi şəxsiyyətin qüdrəti sayəsində mümkün olduğunu xüsusi qeyd etdi.

V.Qədirov Prezident Cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində güclü və inkişaf etmiş Azərbaycanın bu gün Cənubi Qafqazın ən qüdrətli dövlətinə çevrildiyini, işğal olunmuş Azərbaycan torpaqlarından ermənistan silahlı qüvvələrini silah gücüylə bir həmləyə darmadağın edə biləcək bir ordu yaratdığını qeyd etdi. 2-5 aprel savaşında Azərbaycan ordusu bunu təkcə ermənistana yox, ona havadarlıq edən dövlətlərə bir daha sübut etdi. Buna baxmayaraq ATƏT-in Minsk Qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüquq normalarını yox ermənistanı dəstəkləməsini, bu qondarma forposta hər cür maddi, siyasi, hərbi dəstək göstərilməsini işğalçının arxayınlaşmasına və ərköyün hərəkət etməsinə gətirib çıxaran amil olduğunu qeyd edən natiq Qardaş Türkiyənin Azərbaycanın haqq davasında daim yanımızda olduğuna görə təşəkkürünü bildirdi. Türkiyənin bütövlüyünə qarşı törədilən bütün terror aktlarının arxasında böyük dövlətlərin dayandığını və parçalanmasına çalışdıqlarını lakin heç bir nəticə əldə edə bilməyəcəklərini qeyd etdi.

Vüqar Qədirov Aydınlar Ocaqları 44-cü Şura Toplantısına ev sahibliyi etdiyinə və Azərbaycan Aydınlar Ocağı ilə səmərəli əməkdaşlığa görə Sivas Aydınlar Ocağının sədri Fəxrəddin Gözəni Azərbaycan Aydınlar Ocağının Fəxri Diplomu ilə təltif etdi. Azərbaycan Hərbçilər Birliyinin sədri Emin Həsənli isə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təsis etdiyi Fədai Medalı İlə Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztəki təltif etdi.

3 gün davam edən Şura Toplantısı maraqlı hadisələrlə yadda qaldı. Fidan Yazıçıoğlu Mədəniyyət Mərkəzində Ergün Gözə Salonunun açılış mərasimi keçirildi. Aydınlar Ocaqları Genel başkanı Mustafa Erkal, Anadolu Aydınlar Ocağının başkanı İbrahim Öztək, Azərbaycan Aydınlar Ocağının sədri Vüqar Qədirov və s. açılış lentini kəsdilər. Sonra Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Sivas Atatürk Mədəniyyət Mərkəzində Türkiyə Cümhuriyyətinin yaranmasının 93 -cü ildönümü münasibətilə bayram tədbiri keçirildi. Azərbaycan musiqisinində yer aldığı bayram konserti tamaşaçıların alqış sədaları ilə müşayiət olunurdu.

Sonra 44-cü Şura Toplantısınin iştirakçıları Sivas Şəhidlər Xiyabanını ziyarət etdilər, abidə kompleksinin qarşısında xatirə şəkli çəkdirdilər.

Şura Toplantısının yekun sənədində Türkiyəni və türk dünyasını narahat edən məsələlərlə bağlı qərarlar öz əksini tapdı. Azərbaycanla bağlı bənddə Ermənistan tərəfindən işğal olunmuş Qarabağ və ətraf rayonların işğaldan azad olunmayana qədər, ermənistanın konstitusiyasından qondarma soyqırım ifadəsi aradan qaldırılmayana və bu iddiadan əl çəkilməyənə qədər ermənistanla hər hansı bir əlaqənin qurulmasının yolverilməz olduğu öz əksini tapdı.

Aydınlar Ocaqlarının 44-cü Şura Toplantısı Sivasda öz işini başa vurduqdan sonra Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov və Azərbaycan Hərbçilər Birliyinin sədri Emin Həsənli Ankara şəhərində görüşlər keçirdilər.

İlk görüş Türkiyə Müharib Qazilər Dərnəyinin baş ofisində keçirildi. Dərnəyin rəhbəri Şükrü Tandoğan və İdarə Heyətinin üzvləri ilə görüş keçirildi. Emin Həsənli Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin təsis etdiyi Fədai Medalı ilə Şükrü Tandoğanı təltif etdi. Şükrü Tandoğan isə öz növbəsində Vüqar Qədirovu və Emin Həsənlini Dərnəyin medalı ilə təltif etdi. Şəhidlər Muzeyi ziyarət edildi. Növbəti görüş Əməkli Subaylar Dərnəyinin rəhbəri ehtiyatda olan general Ərdoğan Karakuşla oldu. Dərnəyin idarə heyətinin üzvlərinin də iştirak etdiyi görüşdə Ərdoğan Karakuşa "Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin təsis etdiyi "Səməd bəy Mehmandarov medalı” təqdim olundu.

Növbəti görüş Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Nurəddin Araşla keçirildi. "Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları” İctimai Birliyinin təsis etdiyi "Əlağa Şıxlinski medalı” Millət vəkilinə təqdim edildi.




 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ