RU
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və Azərbaycan Respublikası  Gənclər Fondunun ilk təqdimatı reallaşıb
13:34
781

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və Azərbaycan Respublikası Gənclər Fondunun ilk təqdimatı reallaşıb

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) və Azərbaycan Respublikası  Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çəçivəsində Türkiyənin İstanbul şəhərində "Qarabağ” adlı mobil tətbiqetmə layihəsinin təqdimatını həyata keçirib layihənin ölkə hüdudlarından kənara ilk təqdimatı reallaşıb. İstanbul Aydın Universitetinin rəhbərliyinin və tələbələrin, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun, QHT rəhbərlərinin və ictimayyət nümayəndələrinin qatıldığı tədbirdə hər iki ölkənin dövlət himinləri səsləndirilib, Qarabağda vəhşicə qətl edilən günahsız insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının sədri Lalə Mehdiyeva müasir günümüzün tələbləri doğrultusunda reallaşan layihə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. İnternetə bağlanaraq telefona yüklənən mobil təbiqetmə programı sayəsində 30 ildir Ermənistanın işğalı altında olan Qarabağla bağlı rellıqlarının üç dildə, fotolar və vidyolarla təqdim olunduğunu bildirib. Təşkilat sədri vidyogörüntü vasitəsiylə proqramın telefonlara yüklənməsi prosesini göstərib və proqramda yer alan informasıya lövhələri haqqında məlumatlar verib. Mobil proqramın Ermənistan-Azərbaycan, Dağlıq- Qarabağ münaqişəsi  üzrə araşdırmalar aparan ekspertlərə, soydaşlarımıza və  bütün dünyada yaşayan mobil telefon istifadəçilərinin gündəlik xəbər eldə etməsini asan və rahat yolla təmin etmək eləcəyini bildirib. O, çıxışında Qarabağ haqqında həqiqətlər, o torpaqlarda viran edilmiş tarixi abidələr, mədəni abidələr haqqında məlumatların çağdaş dövrün tələblərinə uyğun olaraq vahid mobil bazada yığılmasının əhəmiyyətindən danışıb. L. Mediyeva çıxışında Azərbaycan və Türkiyəni bir-birinə bağlayan qardaşılıq bağı olduğunu və bu qardaşlıq nümunəsində bugünki tədbiri məhz qardaş ölkədə keçirildiyini qeyd edib.

Daha sonra "Türk Dünyası Gənclərinin İnformasiya müharibəsində rolu” mövzusunda keçirilən paneldə çıxış edən  İstanbul Aydın Universitetinin Beynəlxalq Əlaqələr şöbəsinin direktoru Şamil Ərdoğan Azərbaycan gəncliyinin bütün dünyada aktiv fəaliyyətinin gözlə görülən dərəcədə olduğunu deyib.

Azərbaycanın İstanbuldakı konsulu Yadulla Paşayev çıxış edərək "Karabakh” mobil tətbiqetməsinin müasir dövrümüzdə  yeni texnologiyalar vasitəsilə ictimaiyyətə çatdırılmasının vacibliyini qeyd edərək Qarabağ tarixi və həqiqətləri barədə məlumat verdi.

Professor  Qarabağ haqqında məlumatların telefonlar vasitəsiylə dünyaya yayılmasın informasiya müharibəsində  Azərbaycan gəncliyiin uğuru adlandırıb.

Çıxışçılar Azərbaycan Respublikası Gənclər fondunun təmsilcisi Mübariz Qədimov, İslahatçı Gənclər İçtimai Birliyinin sədri Fərid Şahbazlı, Türkiyə Gənclər təşkilatı Vəqfının sədri İsmayıl Hakkı Şener, palitoloq Ramilə Məmmədova, Azərbaycanlı tələbə Rəşad Rza müasir informasiya texnologiyalarından istifadənin günümüzün ən böyük gücü olduğunu bildiriblər və bunun üçün türk gəncliyini birləşməyə çağırıblar. Türk dünyasının problemlərinin həlli üçün son illərin soyuq savaş olaraq bilinən informasiya müharibəsidə aktiv iştirak etməklə bərabər, gəncliyin bu mövzuda üzərinə düşən vəzifələrindən danışılıb.

 

            Hörmətlə,

  AGAT mətbuat katibliyi

 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ