Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı reallaşdırdığı "Azərbaycan mütəqilliyi 25 kadrda” sosial şəbəkələr və youtube kanalı üçün xarici dillərdə promoşn kliplərin hazırlanması” layihəsinə yekun vurub.
Layihə çərçivəsində Dövlət müstəqilliyinin qorubub saxlanılması, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar,Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, ordu quruculuğu və təhülükəsizliyimiz, iqtisadi islahatlar, təhsil, səhiyyə, hüquq islahatları, beynəlxalq idman yarışlarında əldə olunan nailiyyətlər və Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq kütləvi idman yarışları, "Əsrin müqaviləsi” və enerji təhlükəsizliyimiz, Vətəndaş cəmiyyəti və QHT sektorunun inkişafı, söz və media azadlığı haqda 1 dəqiqəlik tanıtım çarxları hazırlanmışdır.
Çarxlar hazırlanarkən yerli TV-lərin reportajları ilə yanaşı euronews, bbc, Vesti kanallarının materaillarına istinad edilmişdir.
Hazırlanan video çarxlar youtube kanalında "Azerbaycan25” akkauntu, facebookda isə "Azerbaycan25” səhifəsində paylaşılmışdır








