Azərbaycanda su ehtiyatlarından səmərəli istifadə edilməsi, su təsərrüfatında idarəetmənin təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaradılmış komissiyanın rəhbəri (Baş Nazirin müavini Şahin Mustafayev) və üzvləri Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyində görüş keçirib.
7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Məlumata görə, görüdə Türkiyənin su təsərrüfatı ilə bağlı təqdimat edilib.
Xatırladaq ki, ötən il aprelin 15-də yaradılmış komissiyaya ekologiya və təbii sərvətlər naziri, iqtisadiyyat naziri, kənd təsərrüfatı naziri, maliyyə naziri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”, "Azərsu” və "Azərenerji” ASC-lərin sədrləri, Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin rəisi daxildir.
7NEWS.Az







