Bu gün Azərbaycan Universitetində Ümumdünya Sosial iş gününə həsr olunan tədbir keçirilib. Universitetin Sosial iş fakültəsi və "İRƏLİ” İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə "İRƏLİ” İctimai Birliyinin sədri MirHəsən Seyidov, universitetin müəllim-tələbə kollektivi iştirak edib.
SalamNewsxəbər verir ki, tədbirdə iştirakçılara Sosial iş ixtisası haqqında məlumat verilib, tanıtımı, peşə kimi formalaşması və uğurlu təşkili sahəsində ölkədə aparılan işlərdən danışılıb. Qeyd olunub ki, ölkədə Sosial işin tədrisi sahəsində Azərbaycan Universitetinin müstəsnə yeri və böyük nailiyyətləri vardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü, "İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Universitetinin prorektoru Ağamalı Ağamalıyev, Sosial iş fakültəsinin dekanı Aygün Musayeva, Azərbaycan Sosial iş Birliyinin sədr müavini Gülnarə Pənahova Ümumdünya Sosial iş gününün mahiyyəti haqqında danışıb, sosial işçiləri peşə bayramı münasibəti ilə təbrik edib, ürək sözlərini çatdırıblar.
Çıxış edən MirHəsən Seyidov nitqində sosial iş ixtisasının
mahiyyətindən, cəmiyyət üçün yararından danışıb. Gəncliyin inkişafını
vurğulayıb və tələbələrin bu addımını qiymətləndirdiyini, bir təşkilat olaraq hər
zaman gənclərə dəstək olmağa hazır olduqlarını vurğulayıb.
Tədbirdə "Azərbaycan Universiteti Korporativ Sosial Məsuliyyətini dərk
edir” layihəsinin təqdimatı olub. Layihə çərçivəsində fiziki əlilliyi olan 3 gənc
Azərbaycan Universitetində 3 smestr "dinləyici tələbə” statusunda təhsil
alacaq. Məqsəd isə fiziki əlilliyi olan gənclərin ingilis dili, kompüter və mühasibat
sahələrində bilik və bacarıqlarını artırmaqla onların həyat keyfiyyətinin yüksəldilməsinə
nail olmaqdır. Fakültə gənclərin seçimi prosesində UAFA (AzərbaycanA Birgə
Yardımn Təşkilatı) ilə əməkdaşlıq edib.
Tədbirdə Sosial işin fəaliyyət sahəsinə daxil olan problemlərin işıqlandırıldığı bədii nümunələr də nümayiş olunub.








