RU
“Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər günü-gündən möhkəmlənir” – Deputat
16:27
39

“Azərbaycan və Qırğızıstan arasındakı münasibətlər günü-gündən möhkəmlənir” – Deputat



"Prezident İlham Əliyevin oktyabr ayının 11-də Qırğızıstana rəsmi səfəri iki dövlət arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı baxımından olduqca böyük əhəmiyyət kəsb edir. Həmin səfərdə bir sıra məsələlər müzakirə olundu və strateji əməkdaşlığın gələcək perspektivləri haqda danışıldı” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev söyləyib.
"Strateji əməkdaşlığı niyə xüsusi vurğuladım? Çünki, hələ yarım il öncə imzalanan "Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə iki dövlət arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə gətirib. Daha dəqiq söyləsəm: Yarım il bundan əvvəl müəyyən edilən istiqamətlərin çoxu artıq real siyasət sahəsinə transformasiya edilib. Hətta bu kontekstdə yetərli nümunələr də var. Məsələn, Azərbaycanın iki peyki: "Azersky” və "Azerpace-1” Qırğız tərəfdaşlarımıza xidmət göstərir. Eyni zamanda nəqliyyat-tranzit sahəsində  Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün yeni imkanlar yaranacaq.
Xüsusi bir məqamı da vurğulamaq lazımdır ki, Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çeviriliblər. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin, digər məktəb isə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Eyni zamanda Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması da nəzərdə tutulub.
Bütün bu proseslər göstərir ki, iki qardaş ölkə arasında münasibətlər get-gedə daha da möhkəmlənir və  təbii ki, məlum gedişat olduqca sevindirici haldır.” – deyə Partiya sədri fikirlərinə davam edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ