Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin ticarət naziri Mehmet Muşla görüşüb.
7NEWS.Az-ın məlumatına görə, bu barədə M. Cabbarov "Twitter" hesabında yazıb.
O qeyd edib ki, görüşdə ölkələr arasında iqtisadi tərəfdaşlığın gücləndirilməsi, birgə layihələrin və biznesin qlobal çağırışlara uyğunlaşması məsələləri barədə fikir mübadiləsi aparılıb.
7NEWS.Az








