Ötən il ərzində Azərbaycana 26 min 798,5 ton quş məhsulu gətirilib.
Bu haqda Kənd Təsərrüatı Nazirliyinin yanında Dövlət Baytarlıq İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli açıqlamasında deyib.

Onun sözlərinə görə, bu quş məhsulları daha çox Türkiyə, İran, Ukrayna, Braziliya və ABŞ-dan gətirilib. Qiymətlər isə fərqlidir.
Y.Xanvəlinin sözlərinə görə, Azərbaycana gətirilən quş əti məhsulları sırasında toyuq əti daha çox üstünlük təşkil edir. Hələlik Azərbaycana xaricdən nə qədər toyuq ətinin idxal edilməsi ilə bağlı ötən ilin rəqəmləri bəlli deyil. Y.Xanvəli qeyd edib ki, Azərbaycana idxal edilən iri və xırda buynuzlu ətlərlə müqayisədə Azərbaycana daha çox quş əti idxal edilir:
"Belə ki, ötən il ərzində ölkəmizə 5 min 71,5 ton iribuynuzlu, 3 min 373 ton xırdabuynuzlu, 4 min 187 ton donuz əti gətirilib”. //cebhe.info
7News.az








