Bu ilin yanvar-may aylarında Azərbaycanda 34 min 56 körpə dünyaya gəlib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 34 056 doğulan körpə qeydə alınıb.
Bildirilib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi 9,2-dən 8,0-a enib.
Doğulan körpələrin 53,5 faizini oğlan, 46,5 faizini isə qız uşaqları təşkil edib.
Məlumata əsasən, qeydə alınan doğumlardan 1 184-ü əkiz, 48-i isə üçəm olub.








