RU
Azərbaycanda növbədənkənar parlament seçkisində səsvermə başa çatdı
20:08
66

Azərbaycanda növbədənkənar parlament seçkisində səsvermə başa çatdı

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçki ilə əlaqədar səsvermə başa çatıb.

Oxu.Az xəbər verir ki, seçki ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilib.

Seçki məntəqələri saat 8:00-da açılıb və 19:00-da bağlanıb.

Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

17:54

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkisi üzrə səsvermədə saat 17:00-a olan seçici fəallığı açıqlanıb.

"Bu saata kimi seçicilərin 33,82 faizi səsvermə hüququndan istifadə edib".

Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verib.

Bu saata hesabat vermiş seçki məntəqələrinin sayı 6 478, hesabat vermiş seçki dairələrinin sayı 125, səs vermiş seçicilərin sayı isə 2 172 087 nəfərdir.

Qeyd edək ki, seçki saat 19:00-da yekunlaşacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ