Azərbaycanda payızlıq əkin sahələrinin 77,3 faizində şum başa çatıb

Azərbaycanda payızlıq əkin sahələrinin 77,3 faizində şum başa çatıb
Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1096294 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Oktyabrın 7-dək 847586 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 438766 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 77,3 faizi şumlanıb. 

Artıq Ağcabədi, Ağstafa, Füzuli, Qobustan, Oğuz, Salyan və Yevlax rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb, İmişli (94,3%), Astara (93,9%), Xocavənd (93,5%), Şəmkir (91,8%), Qəbələ (91,5%) və Sabirabad (90,6%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir. 

7News.Az

Xəbər lenti