Müğənni Yusif Mustafayevi elektrik cərəyanı vurub.
Sənətçi bu barədə ATV-nin efirində yayımlanan "Bizimləsən" verilişində bildirib. Y.Mustafayev bildirib ki, 15 saat komada qalıb:
"1981-ci ildə məclislərin birində məni mikrofonun naqilini yoxlayanda məni elektrik cərəyanı vurdu. O mənim qismətim idi. Bu yaşa gəlmişəm, həyatda bir düşmənim belə yoxdur. Hamıya can deyib, can eşidirəm. O zaman sənətdə irəliləyən zamanda başıma bu hadisə gəldi. Cərəyan qanıma keçmişdi. 15 saat komada qaldım. Gözümü açanda başımın üstündə atamı gördüm. Soruşdum ki, ata mən haradayam?"
7News.Az








