Azərbaycanda övladlığa uşaq götürənlərə YAŞ LİTİMİ qoyulacaq

Azərbaycanda övladlığa uşaq götürənlərə YAŞ LİTİMİ qoyulacaq
Azərbaycanda övladlığa uşaq götürmək istəyən şəxslərə yaş limiti qoyulur.

7news.az xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.

Sənədin 121-ci maddəsi (Övladlığa götürülən uşaq ilə övladlığa götürən arasında yaş fərqi) adı və bəndləri yeni redaksiyada verilir:

Belə ki, maddənin adı dəyişdirilərək "Övladlığa götürmək istəyən şəxslərə (şəxsə) dair yaş tələbləri” edilir.

Maddənin 121.1-ci bəndinə görə, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olan şəxslərdən biri ( ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30-dur.

121.2-ci bəndə görə isə ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərin bacıları, qardaşları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər lenti