RU
Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olundu
14:27
440

Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olundu

Azərbaycanda yeni Gənclər Hərəkatı təsis olunub.

7news.az xəbər verir ki, "Davam” Ümumrespublika Gənclər Hərəkatı hər zaman prezident İlham Əliyevin əmrində olduğunu bəyan edib.

"Holiday İnn” Otelində təşkil olunan brifinqdə bununla bağlı ölkə ictimaiyyətinə məlumat verilib.

Nihad Allahyarlı, Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rəsul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlının təşəbbüsü ilə ərsəyə gələn Təşəbbüs Qrupunun əsas məqsədi ictimai-siyasi proseslərdə fəal rol oynamaq, gənclər və idman siyasətinə yeni və maraqlı layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə töhfə verməkdir.

Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda bir istiqamət üzrə təmsil edir. Belə ki, N.Allahyarlı ictimai-siyasi sahədə fəal olan gənclərimizin, N.Mehdiyev ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını qurban verən şəhid və qazilərimizin, S.Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, R.Camalova innovativ ideyalı start-upçularımızın, S.Rüstəmov beynəlxalq arenada fəal gənclərimizin, R.Çunayev gənc idmançı və çempionlarımızın, M.Türkmən gənc jurnalistlərimizin və N.Knyazlı isə sosial mediada fəal gənclərimizin təmsilçisidir.

Təşəbbüs Qrupunun üzlərinin yekdil qərarı ilə N.Allahyarlı "Davam” Ümumrespublika Gənclər Hərəkatının rəhbəri seçilib.

N.Allahyarlı çıxış edərək göstərilən etimada görə təşəkkür edib. Bildirib ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünə, suveren sərhədlərinə və mülki əhalisinə qarşı terrorçu və uşaq qatili Ermənistan silahlı qüvvələrinin məkrli siyasəti davam edir. Xocalı soyqırımı, son günlər Gəncə və Bərdə şəhərlərində törədilən müharibə cinayətləri bunun bariz nümunəsidir. Lakin bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu hər gün, hər saat qarış-qarış tarixi torpaqlarımızı işğaldan azad edir. Bu, tariximizin qürurlu səhifəsidir və 2016-cı ildən başlayan Böyük Qayıdış bu gün də davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ