2020-ci il dekabrın sonundan Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropaya təxminən 6 milyard kubmetr təbii qaz nəql edilib.
7News.Az Trend-ə istinadən bildirir ki, bunu TAP-ın kommersiya şöbəsinin rəhbəri Mariya Savova Amsterdamda Avropa qaz konfransında deyib.
O bildirib ki, TAP qaz bazarının hazırkı kontekstində vacib əhəmiyyət daşıyır.
"Təbii qaz və mövcud qaz infrastrukturu təmiz enerjiyə keçiddə əvvəlki kimi strateji rol oynayacaq" - deyə M.Savova qeyd edib.
Qeyd edək ki, "Cənub Qaz Dəhlizi"nin Avropa hissəsi olan Trans-Adriatik qaz kəməri ilə qaz nəqli 2020-ci il dekabrın 31-dən etibarən başlayıb.
7News.Az








