İctimai Televiziya və Radio Yayımları Şirkəti ölkəni 2016-cı ildə Eurovision Mahnı Müsabiqəsində Səmra Rəhimlinin təmsil edəcəyini açıqlayıb.
21 Yaşlı ifaçı 10 May 2016 tarixində baş tutacaq ilk yarımfinalda Eurovision səhnəsinə çıxaraq “Miracle” mahnısını ifa edəcək. Səmra hələ 2012-ci ildə Eurovision Mahnı Müsabiqəsinin Milli Seçim Turunda iştirak etmiş lakin o dövrdə Milli Müsabiqənin həmin ilki ən gənc iştirakçıcı kimi ictimaiyyətin diqqət mərkəzinə çevrilmiş 16 yaşlı Səmra ölkəni Eurovision-da təmsil etmək hüququnu əldə edə bilməmişdi.
Bundan sonra o müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrində iştirak etmiş və daha da püxtələşmişdir. Belə ki, 2015-ci ildə Səmra “O Səs Türkiyə” verilişində dörddə bir finala qədər irəliləmiş, 2016-cı ilin Mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilmişdir.
İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti, və Avropanın 35 ölkəsindən olan Eurovision azarkeşlərinin rəyi əsasında seçilmişdir. Səmranın Eurovisionda ifa edəcəyi "Miracle" mahnısının rəsmi olaraq təqdimatı bu həftə sonu olacaq.









