RU
lombard
Azərbaycanın MDB ölkələrinə ixracı 32% artıb
21:50
830

Azərbaycanın MDB ölkələrinə ixracı 32% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,4% artaraq 3,720 mlrd. ABŞ dollarına çatıb.

7NEWS.Az Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabatı əsasında apardığı hesablamalarına görə, bu müddət ərzində ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 32,1% artaraq 1,447 mlrd. dollar, idxal isə cüzi – 0,1% azalaraq 2,272 mlrd. dollar təşkil edib.
Nəticədə, cari ilin ilk on ayında 825,034 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 30% azdır.
 
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ