RU
lombard
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb
21:20
830

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 2 dəfədən çox artıb

Bu il yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 26 182,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

7NEWS.Az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,7% çoxdur.

Bu ilin ilk 10 ayında xarici ticarət 16 848,9 milyard dolları ixracın, 9 333,8 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 37,7% çox, idxal isə 6,4 % artıb.

Son nəticədə xarici ticarətdə 7,515 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,2 dəfə çoxdur.
 
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ