Azərbaycanlı blogerin gəzintisinə görə polis araşdırmaya başladı

Azərbaycanlı blogerin gəzintisinə görə polis araşdırmaya başladı

Populyar azərbaycan əsilli bloger Hüseyn Həsənov və dostları Samara küçələrində gecə gəzintisi təşkil ediblər.

7News.Az ölkə.az-a istinadən bildirir ki, Hüseyn bu barədə videonu "İnstagram" səhifəsində yerləşdirib.

Videoda bahalı xarici avtomobillərdən ibarət kortecin yüksək sürətlə Samara küçələrində şütüdükləri görünür.

Bundan əlavə blogerin dostları çox təhlükəli manevrlər də edirlər: avtomobillərin damlarına və əks yola belə çıxıb, yüksək səslə qışqırıblar.

Səhər yerli sakinlər sosial şəbəkələrdə hadisəni sərt şəkildə tənqid ediblər.

 

"Gecənin yarısında bir bölgəni oyatmaq üçün həddən artıq hörmətsizlikdir", "Qonaqlarımızın yol qaydalarını pozmasına icazə verilirmi?" - onlar öz fikirlərini bildiriblər.

Daxili İşlər Nazirliyinin Regional Qərargahından bildirilib ki, hadisə ilə bağlı araşdırma başlanılıb.

7News.Az

Xəbər lenti