RU
Azərbaycanlı çilingər “Ukraynanın səsi” müsabiqəsində jürini heyrətə saldı – VİDEO
10:20
476

Azərbaycanlı çilingər “Ukraynanın səsi” müsabiqəsində jürini heyrətə saldı – VİDEO

Ukraynada keçirilən "Ukraynanın səsi” müsabiqəsində azərbaycanlı çilingər iştirak edib. 

Cavid Məmmədov "Antonio Banderas - Cancion Del Mariachi” mahnısını ifa edib. Gənc ifaçı növbəti tura vəsiqə qazanıb.

O, bununla yanaşı, müsabiqə iştirakçıları və seyrçilər üçün məşhur "Küçələrə su səpmişəm” xalq mahnısını da ifa edib. Azərbaycanlı iştirakçının hər iki ifası böyük maraqla və sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, C.Məmmədov "Eurovision”nın qalibi olan Camalanın komandasında çıxış edir. Müsabiqə Ukraynanın "1+1” telekanalında yayımlanır.//report

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ